Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qahirə Beynəlxalq Kitab Sərgisi işə başlayıb

Qahirə Beynəlxalq Kitab Sərgisi  işə başlayıb

Tarix: 26 Yanvar 2023 23:20

Yanvarın 26-da Misir Ərəb Respublikasının Qahirə şəhərində 54-cü Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb.

Azərbaycanın Misirdəki səfirliyindən bildirilib ki, fevralın 5-dək davam edəcək sərginin açılış mərasimində bu ölkənin Baş naziri Mustafa Mədbuli iştirak edib, sərginin işinə və iştirakçılara uğurlar arzulayıb.

Sərgidə Azərbaycan üçün ayrılmış pavilyonda ölkəmizin mədəniyyətini, tarixini, coğrafiyasını, ədəbiyyatını təbliğ edən kitablar və jurnallar nümayiş etdirilir. Eyni zamanda, böyük maraq doğuran Azərbaycan pavilyonunda ziyarətçilərə Azərbaycan haqqında ətraflı məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb, nümayiş etdirilən kitab və jurnallar təqdim edilib.

Milli.Az


Etiketlər:  Qahirə Beynəlxalq Kitab Sərgisi işə başlayıb


RƏYLƏR