Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Özüm də bilmirəm ki, kanal məni niyə qara siyahıya atıb"

Tarix: 27 Yanvar 2023 11:25

"Xəzər" televiziyası müğənni Xatun Əliyevaya efir qadağası qoyub.

Milli.Az xəbər verir ki, bu haqda sənətçi özü Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Məsələ ilə bağlı X.Əliyeva bunları söyləyib:

"Uzun zamandır Xəzər kanalının efirinə çıxmıram. Sonuncu dəfə "Xəzər"də yayımlanan "Səhər Mərkəzi" verilişində aktrisa Dilarə Əliyeva ilə qonaq olmuşam. Özüm də heç bilmirəm ki, kanal məni niyə qara siyahıya atıb. Bir sənət dostum deyib ki, "Xəzər"in bir verilişinə dəvət alıb. O da deyib ki, ora Xatunla çıxmaq istəyirəm. Ona söyləyiblər ki, Xatun qadağadadır".

Milli.Az


Etiketlər:  Özüm bilmirəm ki kanal məni niyə qara siyahıya atıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ