Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2023 08:50
Rusiyanın Moskva vilayətində "Sindika" bazarının ərazisində yanğın baş verib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb.
"Moskva Dairəvi yolunun 65-ci km-də "Sindika" bazarının ərazisində anbar yanıb. Hazırda bütün ərazini - 2100 kv.m-i alov bürüyüb", - məlumatda qeyd olunub.
Hələlik ölən və yaralananlar barədə məlumat verilmir.
Yanğınsöndürənlər yanğının qonşu binaya keçə biləcəyini bildiriblər.
"Shot" teleqram kanalının məlumatına görə, anbarın içərisində yanacaq-sürtkü materialları var.