Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2023 21:34
Xalq artisti Nazpəri Dostəliyevanın müğənni bacısı Zeynəb Dostəliyeva xəstəxanaya yerləşdirilib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl onun səhhəti pisləşib və xəstəxanaya aparılıb.
Zeynəb Dostəliyeva hazırda həkim nəzarətindədir. Onun ciyərlərində problem var.
Nazpəri Dostəliyeva "Moderator"a xəbəri təsdiqləyib.
"Zeynəb bacım xəstəxanadadır. Qəfildən bu yeni yayılmış qriplərdən oldu, ona görə də xəstəxanaya yerləşdirdik. Səhhəti pisləşdi deyə xəstəxanaya aparmağa məcbur olduq. İnfeksiya olub, o da bədənini zəhərləyib. Mən bu haqda heç kimə deməmişəm, yəqin ki, eşidib, yaxud görüb yazıblar. Neçə vaxtdır qanıqara halda xəstəxanadayam. Hələ ki, həkim nəzarətindədir, görək onlar nə deyir?! İnşallah ki, yaxşı olar. Çox pis infeksiya və qriplər yayılıb, özünüzü qoruyun. Mən heç özümü qoruya bilmirəm" deyə sənətkar bildirib.