Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2023 22:33
Tibb elmləri namizədi, rusiyalı uroloq-androloq Sergey Fesenko cibdəki telefonla kişi sonsuzluğu arasında əlaqə haqqında danışıb.
Mütəxəssis cibdə daşınan cihazın sahibinə zərər verə biləcəyi barədə iddiaları təkzib edib. O qeyd edib ki, müasir texnologiya kişilərdə cinsi qabiliyyətlərə təsir etmir.
Fesenko bildirib ki, telefonların təhlükəsi ilə bağlı fikir onların düyməli versiyaları zamanında ortaya çıxıb. Həmin qurğular yüksək intensivlikli radio dalğalar yayıb ki, bu da müvafiq toxumaların zədələnməsinə səbəb olub. Lakin müasir mobil cihazlarda bu çatışmazlıq aradan qaldırılıb.