Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2023 06:20
Türkiyənin məşhur cütlüyü aktrisa Ebru Şahinlə basketbolçu Cedi Osman yeni evlərinə köçüb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, cütlük Amerikanın Kolumbus şəhərində villa kirayələyib. Onlar evlərinə aylıq 2500 dollar (təxminən 4 min manat) ödəniş edəcək.
Qeyd edək ki, aktrisa yaxın zamanda baş rolunu Birkan Sokullu ilə paylaşdığı "Ab-ı Hayat" serialında rol alacaq. Ebru Şahin İstanbulda isə aylığı 80 min lirə olan evdə yaşayacaq.