Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daha bir yenidoğulmuş uşağın meyiti küçədə tapıldı

Daha bir yenidoğulmuş uşağın meyiti küçədə tapıldı

Tarix: 30 Yanvar 2023 09:42

Yanvarın 29-da Goranboyda yenidoğulmuş uşağın meyiti tapılıb.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, meyit saat 16 radələrində Goranboy şəhəri, Aşıq Hüseyn Cavad küçəsində, 35Kv-lıq Goranboy yarımstansiyasının yaxınlığında tapılıb.

Qız uşağının meyiti sellofana bükülmüş vəziyyətdə tapılıb. Onun öldükdən sonra sellofana bükülüb oraya atılması və ya sonradan ölməsi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, yanvarın 18-də Abşeron rayonu Masazır qəsəbəsində də küçədə yenidoğulmuş körpənin meyiti tapılıb.

Milli.Az


Etiketlər:  Daha bir yenidoğulmuş uşağın meyiti küçədə tapıldı


RƏYLƏR