Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xəzərdə son durum: suyun azalma səbəbləri...

Xəzərdə son durum: suyun azalma səbəbləri...

Tarix: 30 Yanvar 2023 23:02

Xəzər dənizində suyun səviyyəsinin azalması ilə bağlı yeni görüntülər yayılıb.

Milli.Az xəbər verir ki, sakinlər Xəzər dənizinin Bayraq meydanı hissəsindən video çəkərək, suyun azalmasına görə narahatlıq keçirdiklərini bildiriblər.

Məsələ ilə bağlı Baku TV-yə açıqlama verən Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun alimi Səid Səfərov son zamanlar belə hallara tez-tez rast gəlindiyini bildirib:

"Hazırda Xəzər dənizində suyun səviyyəsi azalmaqda davam edir. Bu, dünən, ya da bu gün meydana gələn problem deyil. Problemin baş qaldırmasına bir çox amillər səbəb olur:

1. Xəzərə tökülən suyun səviyyəsinin azalması antropagen təsirlər və qlobal istiləşməyə görədir ki, buxarlanma artıb. Başqa bir səbəb isə sudan istifadənin həddən artıq olmasıdır. Hava istiləşdiyi üçün əkin sahələrində suya daha çox ehtiyac yaranıb.

2. Buxarlanmanın səviyyəsi artıb. Bu da yenə qlobal istiləşmə ilə əlaqədardır. Həm də ki, küləyin sürəti azalıb və istiqaməti dəyişib. Bu da problemi ortaya çıxaran əsas amillərdəndir".

Səid Səfərov Xəzərdə suyun azalmasının qarşısını müəyyən profilaktiv tədbirlərlə almağın mümkünlüyünü də vurğulayıb:

"Suyun səviyyəsini qismən də olsa normallaşdırmaq üçün Xəzərə tökülən Volqa, Kür, Ural, Terek çaylarından istifadə son dərəcə nəzarət altında olmalıdır. Suyu Kürdən açırlar, əkin sahələrini suvarırlar. Buna görə də damcı sulama üsuluna keçmək lazımdır. Əgər fikir vermisinizsə, neçə illərdir yay aylarında Kürün suyu elə olur, gəlib Xəzərə çata bilmir. Nəticədə suyun miqdarı azalır. Havanın istilik dərəcəsi də çox olduğu üçün buxarlanma artır. Xəzər qapalı su hövzəsidir. Onun okeanla əlaqəsi olmadığı üçün o özünü ona tökülən çayların su balansı ilə müəyyənləşdirir".

Milli.Az


Etiketlər:  Xəzərdə son durum suyun azalma səbəbləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ