Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İki ölkə son sözünü dedi: “Ukraynaya silah verməyəcəyik”

İki ölkə son sözünü dedi: “Ukraynaya silah  verməyəcəyik”

Tarix: 31 Yanvar 2023 21:09

Macarıstan müdafiə naziri Kristof Salay-Bobrovniski ölkəsi və Avstriyanın müharibənin daha da genişlənməsinin qarşısını almaq üçün Ukraynaya silah göndərməyəcəklərini açıqlayıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Salay-Bobrovniski paytaxt Budapeştdə Avstriya müdafiə naziri Klaudia Tannerlə görüşdən sonra birgə mətbuat konfransı keçirib.

Macar nazir bildirib ki, görüş zamanı Rusiya-Ukrayna müharibəsi müzakirə olunub:

"Macarıstanın mövqeyi aydındır, münaqişənin genişlənməsinin qarşısını almaq istədiyimiz üçün silah göndərmirik. Bu barədə Avstriya ilə həmfikirik. Neytral Avstriya da müharibəyə silah göndərmir. Amma eyni zamanda hər iki ölkə müharibədən qaçanlara humanitar yardım edir".

Tanner isə Ukraynadakı savaşın Avropanın təhlükəsizliyini təhdid etdiyini və ən böyük təhlükənin müharibənin qitəyə yayılması ehtimalı olduğunu deyib.

Milli.Az


Etiketlər:  İki ölkə son sözünü dedi Ukraynaya silah verməyəcəyik


RƏYLƏR