Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2023 23:46
BMT Ukrayna münaqişəsinin bütün tərəflərinin hərbi əməliyyatları dayandırmaq üçün mümkün olan hər şeyi etməsini zəruri hesab edir.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda təşkilatın Baş katibinin sözçünün müavini Farhan Haq açıqlama verib.
Ukraynaya Qərb hərbi texnikasının tədarükü ilə bağlı müzakirələrə dair suala cavab olaraq BMT nümayəndəsi qeyd edib ki, təşkilat münaqişənin tez bir zamanda bitməsini istəyir.
"Bizim narahatlığımız ondan ibarətdir ki, qarşıdurma davam edir. Biz tərəflərin hərbi əməliyyatları dayandırmaq üçün mümkün olan hər şeyi etmələrini istəyirik", - deyə Farhan Haq əlavə edib.