Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yollarda sıxlıq yaranıb

Yollarda sıxlıq yaranıb

Tarix: 1 Fevral 2023 08:30

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi səhər saatlarında paytaxt küçələrindəki vəziyyəti açıqlayıb.

Mərkəzdən Milli.Az-a verilən məlumatda bildirilir ki, hal-hazırda aşağıdakı yollardakı sıxlıq var:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
4. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
6. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
8. Babək prospekti, mərkəz istiqamətində;
9. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
10. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
11. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

Milli.Az


Etiketlər:  Yollarda sıxlıq yaranıb


RƏYLƏR