Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2023 20:56
Bu günlərdə Moskvanın kardioloji mərkəzlərindən birinə aparılan rusiyalı müğənni və bəstəkar İqor Nikolayev ürəyindən əməliyyat olunub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 63 yaşlı sənətçinin koronar anjioqrafiyadan keçdiyi və ürəyinə stent taxıldığı bildirilib.
Xatıraladaq ki, yanvarın 31-də Nikolayev infarkt keçirərək xəstəxanaya yerləşdirilib. Müğənni üçün bu, ikinci infarkt olub. O, sonuncu dəfə 2021-ci ildə belə vəziyətlə qarşılaşıb.
Qeyd edək ki, İqor Nikolayev 1980-ci ildə Moskva Mədəniyyət İnstitutunun Estrada fakültəsini bitirib. Bundan sonra bəstəkar kimi sənət adamları ilə əməkdaşlıq edib, həmçinin solo ifaçı kimi çıxış edib.
2001-ci ildə Əməkdar İncəsənət Xadimi, 2019-cu ildə isə Rusiyanın Xalq artisti adını alıb.