Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2023 08:20
İtaliya və Fransa 7-8 həftəyə Ukraynaya "SAMP-T" hava hücumundan müdafiə sistemləri verəcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib.
"SAMP-T" zenit-raket kompleksinin (SAM) tərtibçisi və istehsalçısı Avropanın "Eurosam" konsorsiumudur.
Xatırladaq ki, 2022-ci ilin martında İtaliya parlamenti Ukraynaya yardım, o cümlədən hərbi yardım göstərilməsi haqqında qətnaməni təsdiqləyib.