Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2023 08:30
Ukraynanın Xarkov vilayətinin Kupyanski rayonunun Tavoljanka ərazisində rus ordusu yol infrastrukturunu, minalanmış körpüləri, bəndləri və keçidləri dağıtmağa hazırlaşır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bundan əlavə, Rusiyanın Donetsk vilayətinin müvəqqəti zəbt olunmuş ərazilərində gizli səfərbərliyə hazırlaşdığı bildirilib:
"Xüsusilə, Qorlovka şəhərində bütün büdcə və bələdiyyə qurumlarına ehtiyatda olan şəxslərin siyahılarını hərbi komissarlığa təqdim etmək tapşırılıb. Bütün bu şəxslərə düşmənin xüsusi komissiyaları baxacaq, ardınca düşmən sıralarında hərbi xidmətə çağırılacaq".