Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2023 14:12
Ukraynanın keçmiş müdafiə nazirinin müavini Aleksandr Mironyukun divanından təxminən bir milyon dollar tapılıb.
Sonxeber.net xəbər verir ki, bu barədə "Ukrayinska Pravda" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla məlumat yayıb.
Mənbə bununla bağlı nəşrə Mironyukun mənzilindən istintaq hərəkətləri zamanı pulun çıxarılması anını əks etdirən video da göndərib.
Videodan da görünür ki, müstəntiq divanın və ya çarpayının yanındakı yan boşluqdan pul bağlamalarını çıxarır və bir yerə toplayır.
Qeyd edək ki, 2021-ci ildə işdən çıxarılana qədər satınalma departamentinə rəhbərlik edən keçmiş nazir müavini Aleksandr Mironyukun axtarışı zamanı böyük məbləğin ələ keçirildiyi öyrənilib. Axtarışlar zamanı Mironyukda 17 milyon 78 min qrivna, 400 min 100 dollar və 100 min 380 avro aşkar edilib. Müstəntiqin qərarı ilə həmin pullar cinayət prosesində maddi sübut kimi tanınıb.
"Ukrayinska Pravda" axtarışlardan dərhal sonra Mironyukun məhkəməyə divandakı pulun ona aid olmadığına dair "sənəd" təqdim etdiyini müəyyən edib - axtarışlardan bir həftə sonra verilən, notarial qaydada təsdiq edilmiş ifadəsində deyilir ki, 2022-ci ilin yanvarında bütün ələ keçirilən pulu Mironyuka Xarkov sakini 86 yaşlı Eleonora Duminş borc verib.
Jurnalistlər Duminşin, digər işlərlə yanaşı, tüfəng istehsalı ilə də məşğul olan Xarkov "XADO-Holdinq"in təsisçilərinin qohumu olduğunu müəyyən ediblər. Bu holdinq Mironyukun Müdafiə Nazirliyində işləməsindən əvvəl və sonra işlədiyi dövlət xüsusi ixracatçısı olan "Progress" şirkəti ilə uzunmüddətli əməkdaşlığa malikdir. (publika)