Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyanın erməni lobbiçisi Krımın işğalını tanıtmaq üçün dəridən-qabıqdan çıxıb - rüşvət, pulla ələ alma...

Rusiyanın erməni lobbiçisi Krımın işğalını tanıtmaq üçün dəridən-qabıqdan çıxıb - rüşvət, pulla ələ alma...

Tarix: 4 Fevral 2023 08:02

Kreml və Dövlət Dumasına bağlı olan rusiyalı siyasi strateq Sərkis Mirzəxanyan və onun qeydiyyatdan keçməmiş lobbi qrupu- "Beynəlxalq Aktual Siyasət Agentliyi" 2014-cü ildən Rusiyaya sadiq Avropa siyasətçiləri ilə əməkdaşlıq edir.

Onların vasitəsilə Aİ ölkələrinin parlamentlərində və ya müəyyən regionlarda Rusiyaya qarşı sanksiyaların ləğvi və ilhaq edilmiş Krımın Rusiya ərazisi kimi tanınması ilə bağlı fəaliyyət aparıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, belə bir informasiya "Important Stories", "Eesti Ekspress", OCCRP, IRPI və "Profil" təşkilatlarını birgə araşdırmasında ortaya çıxıb.

Hakerlər Mirzəxanyanın təxminən 20 min məktubunu sızdırıblar.

Sərkis Mirzəxanyan

Sərkis Mirzəxanyan Krımın işğalı zamanı Dövlət Dumasının deputatı İqor Zotovun köməkçisi vəzifəsində çalışıb. O, həmçinin Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin ekspert şurasının üzvü olub və Rusiya prezident administrasiyası ilə sıx əlaqə saxlayıb. Onun ən çox elektron poçtla əlaqə saxladığı şəxslərdən biri də o zaman prezident administrasiyasında müavin Vladislav Surkovun rəhbərliyi altında işləyən İnal Ardzinba imiş.

Araşdırmaçıların fikrincə, Mirzəxanyan və onun lobbiçilər qrupu İtaliyanın Veneto regionu Şurasının deputatı Stefano Valdeqamberinin təqdim etdiyi qətnamə layihəsinin hazırlanmasında iştirak edib. Həmin qətnamə 2016-cı ilin may ayında qəbul edilib. Sənədin mətnində Avropa İttifaqının ilhaq edilmiş Krıma qarşı "beynəlxalq hüquq prinsipləri baxımından ayrı-seçkilik və ədalətsiz" siyasət yürütdüyü bildirilir və sanksiyaların ləğvinə çağırılır. Veneto Şurası Krımı Rusiyanın bir hissəsi kimi açıq şəkildə tanıyan ilk Avropa siyasi qurumu olub.

Qətnamənin mətni onun qəbulundan bir ay əvvəl Mirzəxanyanın poçtunda olub. Məktublar arasında müəyyən "fəaliyyət planı"nın olduğu və Veneto Şurasının 29 deputatının qətnaməni dəstəkləməyə hazır olduğu sənəd də tapılıb.

Sonradan İtaliyanın daha iki bölgəsi - Liquriya və Lombardiya Rusiyayönlü analoji qətnamələr qəbul ediblər. Deputat Valdeqamberi jurnalistlərin sorğusuna cavab verməyib.

Mirzəxanyanın poçtundan o da məlum olub ki, "Veneto qətnaməsinin" hətta İtaliya parlamentinə təqdim edilməsi nəzərdə tutulub.

Məktubların birində deyilir ki, bununla Valdeqamberinin sağçı Şimal Liqasındakı həmkarı senator Paolo Tosato məşğul olacaq. Eyni zamanda, sənədin sonunda "Pul cədvəli" adlı bölmə olub ki, orada belə bir ifadə keçib: "20 000 EUR + 20 000 EUR (qətnamənin təqdim edilməsi), uğurlu səsvermə zamanı +15 000 EUR".

Daha sonra Paolo Tosato senatorlar tərəfindən rədd edilmiş qətnamə layihəsini parlamentə təqdim edib.

Eyni zamanda buna oxşar sənəd Avstriya parlamentinə də təqdim edilib. Bunu sağçı Avstriya Azadlıq Partiyasından olan deputat Yohannes Hübner həyata keçirib. Lakin sənəd Avstriya parlamentində keçməyib.

Bu təşəbbüs Mirzəxanyanın poçtundan gələn sənəddə də təsvir olunub. Burada da eyni rəqəmlər yer alıb: "20.000 EUR, uğurlu səsvermə halında isə +15.000 EUR". Tosato və Huebner öz ölkələrinin parlamentlərinə qətnamələr təqdim etmək üçün Rusiyadan pul aldıqlarını inkar edirlər.

Mirzəxanyanın poçtunda Latviya və Yunanıstan parlamentləri, eləcə də Avropa Şurası Parlament Assambleyası üçün oxşar qətnamələr, bu cür planlar olub. Lakin həmin sənədlərlə bağlı dinləmələr barədə məlumat verilməyib.

Kipr isə Avstriya və İtaliyadan fərqli olaraq Rusiyanın istədiyi sənədi qəbul edibmiş. 2016-cı ildə qəbul edilən həmin sənəddə "ayrı-ayrı Rusiya vətəndaşlarından şəxsi sanksiyaların götürülməsi" və "Ukraynanın şərqindəki münaqişə ilə əlaqədar Kiyev və Moskvanın Minsk razılaşmalarına əməl etmələri" tələb olunub.

Mirzəxanyanın poçtunda qətnamənin ilkin mətninin səsverməyə bir həftə qalmış razılaşdırıldığı qeyd olunur. Lakin burada kiprli deputatlardan heç birinin maliyyələşdirilməsindən söhbət getmir. Buna baxmayaq eyni ildə rus-kiprli iş adamı Sergey Kozlovun yerli Xalqın Tərəqqi Partiyasına 15 min avro bağışladığı diqqət çəkib. Məhz həmin prtiyanın lideri Andros Kiprianou sənədi ölkə parlamentinə təqdim edib.

Milli.Az


Etiketlər:  Rusiyanın erməni lobbiçisi Krımın işğalını tanıtmaq üçün dəridən qabıqdan çıxıb rüşvət pulla ələ alma


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ