Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azərbaycan və Qazaxıstanla güclü mexanizmləri həyata keçirdik” - Çavuşoğlu

“Azərbaycan və Qazaxıstanla güclü mexanizmləri həyata keçirdik” - Çavuşoğlu

Tarix: 5 Fevral 2023 00:00

"Ölkəmiz, millətimiz və bölgəmiz üçün imkanları dəyərləndirməliyik. Budur Şimali Koreya qapandı, Rusiyadan üzərindən gedən (nəqliyyat-red) xətt dayandı. Nə etdik, dərhal Azərbaycanı və Qazaxıstanı dəvət edib güclü mexanizmlərimizi həyata keçirdik".

Bunları Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, taxıl müqaviləsi olmasaydı, dünyada ciddi ərzaq böhranı yaşanardı.

"Energetika, Ticarət və Nəqliyyat nazirlərimizlə birlikdə həm enerji, həm də nəqliyyat kanallarını gücləndirmək üçün addımlar atırıq. Regional sahiblik çox vacibdir.

Türk Dövlətləri Təşkilatını qurduq. Onu beynəlxalq təşkilata çevirdik.

Ukrayna müharibəsini dayandırmaq üçün bizdən daha fəal ölkə varmı? Çalışsa da nəticə əldə edən ölkə varmı? Beynəlxalq vasitəçiliyi İstanbulda yetişdiririk, çünki ədalətli davranırıq, tərəf tutmuruq.

Bəlkə müharibəni dayandıra bilmədik, amma taxıl müqaviləsi, əsir mübadiləsi, atom elektrik stansiyası vasitəsilə təhdidləri azaltmaq üçün bir çox addımlar atmaq üçün nəticəyönlü addımlar ata biləcək başqa kimsə varmı?

Doğru olmadığını düşündüyümüz şeyi rədd edirik. Digər tərəfdən, səy göstəririk. Taxıl müqaviləsi olmasaydı, dünyada ciddi ərzaq böhranı yaşanardı. Türkiyə Venesueladan Somaliyə qədər münaqişələrdə vasitəçilik edən ölkədir. Vasitəçilik dedikdə ağıla ilk gələn ölkə Türkiyədir", - Mövlud Çavuşoğlu vurğulayıb.


Etiketlər:  Azərbaycan Qazaxıstanla güclü mexanizmləri həyata keçirdik Çavuşoğlu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ