Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2023 15:21
Üzümüzün dərisində zamanla qırışlar və incə cizgilər görünür. Qırışların daha az görünməsi üçün dərinizdən nəmi əskik etməməlisiniz.
Sonxeber.net Lent.az-a istinadən xəbər verir ki, üz dərisində qırışların əmələ gəlməməsi üçün ilk növbədə günəş şüalarından qorunmalısınız. Çünki E vitamini dərini nəmləndirərkən, D vitamini isə dəriyə ziyanlı təsir göstərir.
Sonra isə dərinizi kremlərlə və maskalarla nəmli saxlamalı, gündəlik bol su içməlisiniz. Dərinizə pilinq etməyi unutmamalısınız. Bəs yaxşı hansı pilinq və maskaları istifadə etməliyik?
Limon maskası - Limon dəri üçün möhtəşəm bir C vitamini qaynağıdır. O, dərini ölü hüceyrələrdən və aknelərdən təmizləyir, parlaqlığını özünə gətirir.
Dəridəki qırışıqlıqların qarşısını alan maska üçün:
1 stəkan süzmə qatıq ilə yarım ədəd limonun suyunu yaxşıca qarışdırın. Maskanı pilinq olunmuş dəriyə çəkib, 20-25 dəqiqə gözləyin. Sonra durulayın və nəmləndirici krem çəkin. Bu maskanı həftədə 1-2 dəfə tətbiq edə bilərsiniz. Fərqi hiss edəcəksiniz.
Bal maskası - bal dərini bərpa edən və bəsləyən özəlliyə malikdir. O, dərini canlandırır və nəmləndirir.
Maska üçün:
1 yemək qaşığı zeytun yağını, 1 çay qaşığı balı və 1 ədəd yumurtanın sarısını qarışdırın. Təmiz dəriyə maskanı çəkin və 10-15 dəqiqə gözləyin. Bu maskanı da həftədə 1-2 dəfə edə bilərsiniz.
Zəncəfil maskası - zəncəfil də dərini təbii olaraq nəmləndirən vasitədir.
Maska üçün:
Az miqdarda zəncəfili əzin, 1 qaşıq bal ilə qarışdırın. Hazırladığınız maskanı üzünüzə çəkin. 30-45 dəqiqə gözləyib yuyun.