Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"10 bina gözümün önündə çökdü" - Türkiyəli aktyor

Tarix: 6 Fevral 2023 19:00

Türkiyədə zəlzələ baş verən ərazidə olanlardan biri də türkiyəli aktyor Hacı Hail Konuk olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib. Aktyor Malatyada olarkən zəlzələnin baş verdiyini bildirib:

"Otelimizin yanındakı iki bina yerlə bir oldu. Dağıntılar altında çox insan var. Təcili kömək lazımdır".

Daha sonra "CNN Türk"ün canlı yayımına qoşulan Konuk hadisə ilə bağlı açıqlama verib: "10 bina gözümün önündə çökdü".

Xatırladaq ki, bundan əvvəl türkiyəli aktrisa Melisa Aslı Pamuk da Kahramanmaraşda ailəsinin dağıntılar arasında qaldığını açıqlamışdı. Aktrisa Başak Gümülcinelioğlu isə Hatayda baş verən zəlzələdən sonra anası itkin düşdüyünü bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, zəlzələ nəticəsində 912 nəfər həlak olub, 5385 nəfər xəsarət alıb.

Milli.Az


Etiketlər:  10 bina gözümün önündə çökdü Türkiyəli aktyor


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ