Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Professordan zəlzələ xəbərdarlığı: “Orada da stress yığılıb”

Professordan zəlzələ xəbərdarlığı: “Orada da stress yığılıb”

Tarix: 7 Fevral 2023 08:20

Türkiyə Elmlər Akademiyasının üzvü, seysmoloq, professor Naci Görürün Kahramanmaraşda baş verən 7.4 bal gücündə zəlzələ ilə bağlı bundan əvvəl açıqlama verdiyi üzə çıxıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, professor 2020-ci il yanvarın 24-də Elazığda baş verən 6.8 bal gücündə zəlzələdən sonra açıqlamalar verərək, Kahramanmaraşa diqqət yetirilməli olduğunu deyib.

Naci Görür bölgənin "zəlzələlərə hamilə" olduğunu bildirib:

"Bu zəlzələnin baş verməsindən sonra bəlkə də düşünülməli nəsə var. Aidiyyəti qurumları xəbərdarlıq etmək istəyirəm. Bu zəlzələdən sonra xüsusilə Palu ilə Bingöl arasında və ya Sivricə gölünün ətrafına, Malatyaya, Adıyamana, Çelikhan, hətta Kahramanmaraş bölgəsinə daha diqqətlə baxmaq lazımdır. Diqqətli olmalısınız. Ola bilsin ki, oralarda da stress yığılıb".

Milli.Az


Etiketlər:  Professordan zəlzələ xəbərdarlığı Orada da stress yığılıb


RƏYLƏR