Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2019 06:08
Bakı, Trend:
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Rusiya Federasiyası ilə Səudiyyə Ərəbistanı arasındakı dialoqun neft bazarının tənzimlənməsi baxımından təsirli olduğunu bildirib.
Trend-in məlumatına görə, bundan başqa Peskov əlavə edib: "Dialoq davam edəcək, bu bazarın tənzimlənməsi baxımından Rusiya-Səudiyyə dialoqunun effektivliyini sübut etdi. Bu qarşılıqlı fəaliyyət davam edəcək" deyə o məlumat verib.
Peskov Putin və Səudiyyə Ərəbistanı kralı arasında hərbi-texniki əməkdaşlığı müzakirə etdiyini, və bu dialoqun davam edəcəyini söyləyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin