Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

7 600-dən çox rusiyalı təslim olmaq üçün...

7 600-dən çox rusiyalı təslim olmaq üçün...

Tarix: 9 Fevral 2023 08:48

Ukrayna əsirliyinə könüllü təslim olmaq barədə "Yaşamaq istəyirəm" layihəsinə 7 600-dən çox rusiyalı hərbçi müraciət edib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Vyanadakı beynəlxalq təşkilatlarda Ukraynanın daimi nümayəndəsinin müavini Natalya Kostenko deyib.

Onun sözlərinə görə, Rusiyada əhəmiyyətli itkilər fonunda növbəti səfərbərlik kampaniyası baş verib, Rusiya və Belarusun bəzi hərbçiləri təslim olma imkanı ilə daha fəal maraqlanmağa başlayıblar. Belə ki, yanvar ayında layihənin saytına 5,6 milyon istifadəçi daxil olub ki, bunun da 4,7 milyonu Rusiyadan olub. İndiyədək onlar təslim olmaq üçün 7 600-dən çox ərizə doldurublar.

"Rusiya təbliğatı faktları təhrif etməmiş sizi əmin etmək istəyirəm ki, layihə çərçivəsində könüllü təslim olmuş hərbi əsirlərin saxlanılması Cenevrə Konvensiyasının müddəalarına uyğun olaraq həyata keçirilir. Onlar istəsələr, mübadilə nəticəsində vətənə qayıda bilər və ya sığınacaq istəyə bilərlər", - Kostenko bildirib.


Etiketlər:  dən çox rusiyalı təslim olmaq üçün


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ