Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tyerri Anri Belçika millisindən ayrıldı

Tyerri Anri Belçika millisindən ayrıldı

Tarix: 9 Fevral 2023 08:54

Belçika millisinin məşqçilər korpusunda yer alan Tyerri Anri yığmadan ayrılıb.

Bunu Belçika Kral Futbol Assosiasiyasının baş direktoru Peter Bossart "Sporza" nəşrinə açıqlamasında deyib.

"Biz bunu Tyerri ilə müzakirə etdik. Çünki onun milli komandamıza nə qədər bağlı olduğunu və gələcəyini düşündüyünü nəzərə alaraq fikrinə dəyər veririk. Amma o, məşqçilər korpusunda işləməyə davam etməyəcəyini bildirdi. Biz onun gördüyü işləri yüksək qiymətləndiririk" - deyə Bossart bildirib.

Anri bunadək yığmada keçmiş baş məşqçi Roberto Martinesin köməkçisi vəzifəsini yerinə yetirib. O, DÇ-2018-də Belçika yığması ilə bürünc mükafatı qazanıb.

Qeyd edək ki, Aveo-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə F qrupunda yer alan Belçika yığmasının yeni baş məşqçisi Domeniko Tedesko təyin olunub.

Milli.Az


Etiketlər:  Tyerri Anri Belçika millisindən ayrıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ