Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2023 22:30
Rusiya növbəti genişmiqyaslı hücumda gün ərzində Ukrayna ərazisinə 100-dən çox raket buraxıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiya ordusu S-300-dən 29 zenit raketi və hava və dənizdən 71 qanadlı raket buraxıb. Raketlərdən 61-u Ukrayna SQ tərəfindən məhv edilib.
Bundan əlavə, ruslar 12 aviasiya zərbəsi endirib ki, onlardan da ikisi "Şahid -136" PUA-sından istifadə etməklə də həyata keçirilib.