Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Korluq yaradan saç düzəldici məhsulların satışı yasaqlandı

Korluq yaradan saç düzəldici məhsulların satışı yasaqlandı

Tarix: 11 Fevral 2023 08:38

Braziliyada təsadüfən gözlərlə təmas nəticəsində korluq hallarına görə saç düzümü və düzəldici məhsulların satışı, istifadəsi qadağan edilib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə ölkənin Milli Sanitar Nəzarət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, artıq ölkə üzrə bir neçə nəfər bu kosmetik vasitədən istifadə etdikdən sonra müvəqqəti görmə qabiliyyətinin itirilməsi, şiddətli yanma, qaşınma, gözlərdə qızartı və şişkinlik, həmçinin baş ağrısı şikayətləri ilə həkimlərə müraciət edib.

Əksər hallarda dənizdə, hovuzda və hətta yağış damcıları ilə təmas nəticəsində saç məhsulları gözə daxil olduqdan sonra sağlamlıq üçün mənfi təsirlər baş verir.

Bununla belə, söhbət fərdi ticarət adlarından və ya istehsalçılardan getmir. İnsidentlərin coğrafi əhatə dairəsinin genişliyi və xəsarət alanların müxtəlif markalı məhsulların istifadəsi səbəbindən yerli bazarda saç düzümü üçün məhsulların bütün çeşidinə qadağa qoyulub.

Qadağanın müddəti dəqiqləşdirilməyib. Bildirilib ki, hadisə ilə bağlı faktlar üzrə yoxlama aparılacaq, o cümlədən kosmetik məhsulların özləri də yoxlanılacaq.

Qeyd edək ki, ABŞ-da İllinoys federal məhkəməsində "L'Oréal USA Inc", "Godrej SON Holdings Inc" və "Dabur International Ltd" şirkətlərinə qarşı 60-a yaxın iddiaya baxılacaq. Həmin şirkətlərin saç düzləşdirici məhsullarında xərçəng və digər sağlamlıq problemlərinə səbəb olan maddələr aşkarlanıb.


Etiketlər:  Korluq yaradan saç düzəldici məhsulların satışı yasaqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ