Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda bıçaqla bir nəfəri öldürdü, digərinə xəsarət yetirdi

Bakıda bıçaqla bir nəfəri öldürdü, digərinə xəsarət yetirdi

Tarix: 11 Fevral 2023 08:58

Paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində iki nəfərin bıçaqlanması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, fevralın 11-də saat 02 radələrində qəsəbə sakini əvvəllər məhkum olunan, qəsəbə sakini, 1986-cı il təvəllüdlü Rauf Hüseynov münaqişə zəminində əvvəllər məhkum olunan, 1988-ci il təvəllüdlü Xəyal Rəhimovu və 2000-ci il təvəllüdlü İlkin Rzayevə bıçaq xəsarətləri yetirib.

İ.Rzayev hadisə yerində ölüb, X.Rəhimov xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən R.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Milli.Az


Etiketlər:  Bakıda bıçaqla nəfəri öldürdü digərinə xəsarət yetirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ