Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İt və pişikdən örnək ADDIM: Zəlzələdən sonra bir-birlərinə SARILDILAR - VİDEO

İt və pişikdən örnək ADDIM: Zəlzələdən sonra bir-birlərinə SARILDILAR - VİDEO

Tarix: 11 Fevral 2023 14:48

Türkiyədə baş verən ağır zəlzələ təkcə insanları deyil, heyvanları da çarəsiz hala salıb.

Belə ki, zəlzələdən sonra öz sahibini, yuvasını itirən heyvanlar çöldə bir-birlərini isitməyə çalışırlar. Elə, kadrlarda görəcəyiniz it və pişik kimi...

Hər zaman "mehriban düşmən" adlandırdığımız bu heyvanlar, fəlakət sonrası sözün həqiqi mənasında mehriban dost olmağı, bir-birlərinə qucaq açmağı bacarıblar. Bir növ, bu addımla hər kəsə örnək mesajı göndəriblər.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sözügedən görüntülər dünya mediasının da diqqətini çəkib.

Həmin görüntüləri təqdim edirik.

Milli.Az


Etiketlər:  İt pişikdən örnək ADDIM Zəlzələdən sonra bir birlərinə SARILDILAR VİDEO


RƏYLƏR