Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2023 19:28
Rusiya 14 postsovet ölkəsindən 8-i ilə yaxşı əlaqələrə malikdir.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə Rusiyanın Kommunikasiyaların İnkişafı üzrə Milli Elmi-Tədqiqat İnstitutunun (NİİRK) "dost dövlətlər reytinqi"nin son nəticələrində deyilir.
Rusiya ilə mehriban əlaqələrə malik ölkələr arasında liderlər Belarus, Qırğızıstan və Özbəkistandır. Siyahıda sonrakı yerləri Qazaxıstan (4), Ermənistan (5), Tacikistan (6), Azərbaycan (7), Türkmənistan (8), Gürcüstan (9), Moldova (10), Latviya (11), Litva (12), Estoniya (13) və Ukrayna (14) tutur.
Beləliklə, 2022-ci ildə "mehriban əlaqələr qrupu"na 8, "nisbətən dost ölkələr qrupu"na 2, "dost olmayan ölkələr qrupu"na 4 ölkə daxil edilib.
Rusiyalı analitiklərə görə, Azərbaycan Rusiyanın dostları siyahısında yer alır.