Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2023 22:22
Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl qəsəbələrində yaşayan məcburi köçkünlər də Türkiyə üçün yardım toplayır.
Sonxeber.net "Report"a istinadən bildirir ki, qəsəbə sakinləri aksiyada aktiv şəkildə iştirak edir.
Aksiyada əsasən döşək, yorğan, yastıq, isti geyimlər, uşaq bezləri, uşaq qidaları, papaq, corab, əlcək və s. toplanır.
Qeyd edək ki, yardım çeşidləndikdən sonra Bakıda təyin olunmuş məntəqəyə yola salınacaq.