Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2019 12:00
Bakı. Ceyhun Ələkbərov - Trend:
Gürcüstan sərhədində yaranmış problem aradan qaldırılıb.
Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildiriblər.
Qeyd olunur ki, mayın 2-də saat 19:35-dən etibarən Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda şəxslərin və nəqliyyat vasitələrinin keçidində müvəqqəti məhdudiyyət yaranıb. Məhdudiyyətin yaranmasına Gürcüstanın sərhədkeçmə proseslərini tənzimləyən müvafiq idarəetmə sistemində baş verən nasazlıq səbəb olub.
İdarədən bildirilib: "Mayın 2-si saat 23:30-da baş verən nasazlıq aradan qaldırılıb, şəxslərin və nəqliyyat vasitələrinin keçidi tam bərpa olunub. Hazırda "Qırmızı Körpü" gömrük postu normal iş rejimində fəaliyyət göstərir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin