Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ucarda mikroavtobus TIR-la toqquşub, ölən və yaralananlar var - FOTO

Ucarda mikroavtobus TIR-la toqquşub, ölən və yaralananlar var - FOTO

Tarix: 14 Fevral 2023 09:46

Ucarda ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Cini kəndindən keçən hissəsində qeydə alınıb. Şəmkir rayon sakini 1959-cı il təvəllüdlü Şəmistan Aqil oğlu İsayevin idarə etdiyi "Mercedes" markalı mikroavtobusla Abşeron rayon sakini, 1957-ci il təvəllüdlü Asif Balağa oğlu Hüseynovun idarə etdiyi TIR-la toqquşub.

Nəticədə, 1 nəfər hadisə yerində ölüb. Daha 3 nəfər - 1984-ci il təvəllüdlü Allahverdi Fizuli oğlu Hakverdiyev, 1972-ci il təvəllüdlü Şirin Pirverdi oğlu Ələkbərov və hələlik şəxsiyyəti məlum olmayan daha bir nəfər müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Ucarda mikroavtobus toqquşub ölən yaralananlar FOTO


RƏYLƏR