Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rusiyaya qarşı yeni sanksiyalar...''

''Rusiyaya qarşı yeni sanksiyalar...''

Tarix: 15 Fevral 2023 07:56

Avropa İttifaqının Rusiyaya qarşı onuncu məhdudlaşdırıcı tədbirlər paketinə sanksiyalardan yayınma ilə bağlı mübarizə tədbirləri daxil olacaq.

Milli.Az "report"a istinadən bildirir ki, bunu Avropa Komissiyasının (AK) icraçı vitse-prezidenti Valdis Dombrovskis deyib.

Dombrovskisin sözlərinə görə, onuncu paketə yeni sanksiyalar və onlardan yan keçmə ilə mübarizə ilə bağlı elementlər aiddir.

Bundan əvvəl məlum olub ki, Aİ şirkətlərə əsas texnologiyaları üçüncü ölkələrə sataraq sonradan onları Rusiya Federasiyasına tədarük etməyi qadağan edə bilər.

Aİ-nin sanksiyaları pilotsuz uçuş aparatları sənayesinə və İrandan dronların idxalına təsir göstərə bilər.

Milli.Az


Etiketlər:  Rusiyaya qarşı yeni sanksiyalar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ