Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təbii fəlakət zamanı tibbi çanta həyat xilas edə bilər

Təbii fəlakət zamanı tibbi çanta həyat xilas edə bilər

Tarix: 15 Fevral 2023 21:14

Türkiyədə on minlərlə insanın həyatına son qoyan zəlzələ təbii fəlakət çantasını gündəmə gətirdi. Çünki düzgün seçilən tibbi ləvazimatlar və qidalarla təmin edilmiş təbii fəlakət çantası bəzən çətin vəziyyətdə olan kiminsə həyatını xilas edə bilər.

Yalnız zəlzələ zamanı deyil, digər təbii fəlakətlərə də hazırlıqlı olmaq üçün tibbi çantada hökmən yaraları dezinfeksiya etmək üçün spirt, pambıq və yara sarğısı kimi müxtəlif tibbi ləvazimatlar olmalıdır. Mütəxəssislərin dediyinə görə, tibbi ləvazimatlar sırasında, ilk növbədə, ağrıkəsicilər, eləcə də qansaxlayıcı jqut, sarğı materialları və s. olmalıdır.

Lakin təkcə tibbi vasitələrlə də iş bitmir. Çantada həm də aclığa qalib gəlməyə kömək edən müxtəlif qida növlərinə də yer ayrılmalıdır. Ekspertlər uzun müddət xarab olmayan və çantaya asanlıqla yerləşən məhsullara üstünlük verməyi tövsiyə edirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qida mütəxəssisi Seymur Qafarov deyib: "Həmin qidalar sırasına saxlama müddəti uzun olan paxlalı bitkilər, konservləşdirilmiş qarğıdalı daxildir. Quru və bərk halda karbohidratla zəngin çörək məmulatları, quru meyvələr yerləşdirilməlidir. Mütləq su ehtiyatı görülməlidir".

Müxtəlif təbii fəlakətlər zamanı lazım ola biləcək çantanı hazırlayarkən bütün ailə üzvlərinin ehtiyacları nəzərə alınmalıdır. Ev heyvanları varsa, onun da ehtiyacları nəzərə alınmalıdır.

Milli.Az


Etiketlər:  Təbii fəlakət zamanı tibbi çanta həyat xilas edə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ