Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2023 14:02
Rusiya Dövlət Duması və Federasiya Şurası fevralın 22-də Rusiyada hərbi vəziyyətin tətbiqi üçün fövqəladə iclas keçirəcək.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
"Ölkə parlamentinin hər iki palatasının fövqəladə iclası dövlət başçısı Vladimir Putinin Federal Məclisə müraciətindən sonrakı günə təyin edilib. Görünür ki, prezidentin mesajında yeni qanunların təcili qəbulunu tələb edəcək təkliflər var. Və ya parlamentin təsdiqini tələb edən yeni qərarların olması gözlənilir", - Markov bildirib.