Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2023 22:03
Xankəndidəki separatçı rejim üzvləri arasında gərginlik davam edir. Yaxın vaxtlarda "kadr" dəyişiklikləri baş verəcək. Artıq Ruben Vardanyanın "vəzifədən" uzaqlaşdırılması qaçılmazdır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, bu dəyişikliyə Rusiyanın da razılığı var. Belə ki, Kreml separatçılar arasındakı gərginlik fonunda Qarabağ ermənilərinə vəziyyəti özlərinin həll etməsini təklif edib:
"Qarabağ "hakimiyyəti" və "siyasi qüvvələri" Ermənistan hakimiyyətindən fərqli olaraq, qarşıdurmadan çox kompromis həllər və konsensusa üstünlük verir. Vəziyyətin "konstitusiya dəyişikliyi" ilə həlli variantının müzakirə olunmasının səbəbi də budur".