Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qurban Qurbanovun qələbə şərhi

Qurban Qurbanovun qələbə şərhi

Tarix: 17 Fevral 2023 07:22

"Futbolçularıma təşəkkür edirəm. Çox çətin komandaya qarşı oynadıq. 90 dəqiqə tempi aşağı salmadılar. Futbolçularım əvvəldən bunu bilirdilər. Bəzi anlarda rəqib bizi üstələyirdi. Həm nəticə, həm də oyun baxımından bizim üçün vacib oldu".

Milli.Az matc.az-a istinadən bildirir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində "Gent"ə qarşı keçirdikləri oyunu şərh edərkən deyib.

Qarşılaşmadan sonra "CBC Sport"a danışan Qurbanov bildirib ki, 1:0 hesablı qələbə sayəsində cavab matçına üstün çıxacaqlar: "Hesabda 1:0 irəlidəyik. Qarşıda bir oyun daha var. Bu gün öndəyiksə, üstünlüyümüz var. Səfərdə daha cəsarətli oynamalıyıq. Onların tempinə qarşı dözümlü olmalıyıq. Rəqib öz meydanında azarkeşlərinin qarşısında olacaq. Bu, onların üstünlüyüdür".
 
Qurbanov yeni transferlər və oğlu Musa Qurbanlının çıxışını da dəyərləndirib: "Razı qalmadığım oyunçu olmadı. Futbolçu texniki səhv edə bilər. Amma onun meydanda ürəklə oynaması vacibdir. Bu gün meydanda futbolçulardan bunu gördüm. Azarkeşlərimizə də təşəkkür edirəm. Sona qədər dəstək oldular".

Milli.Az


Etiketlər:  Qurban Qurbanovun qələbə şərhi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ