Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Vurulan 3 obyektin hələ nə olduğunu bilmirik'' - Bayden

''Vurulan 3 obyektin hələ nə olduğunu bilmirik'' - Bayden

Tarix: 17 Fevral 2023 08:30

ABŞ Prezidenti Co Bayden 9 gün ərzində vurulan və biri Çinə aid hava şarı olduğu bldirilən uçan naməlum obyektlərin vurulmasından danışıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Bayden Çin hava şarından əlavə vurulan 3 obyektin hələ naməlum olduğunu deyib.

"Hər hansı bir obyekt ABŞ xalqı üçün təhlükə yaradarsa onu dərhal vurarıq. Ümid edirəm ki, bu məsələni tam aydınlaşdıracağıq. Çin hava şarını vurduğumuz üçün üz istəməyəcəm. Bu yeni soyuq müharibə mənasını vermir. Ümid edirəm ki, yaxın vaxtlarda Çin Sədri Si Cinpin ilə danışacam", - deyə Bayden vurğulayıb.

Milli.Az


Etiketlər:  Vurulan obyektin hələ olduğunu bilmirik Bayden


RƏYLƏR