Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fəlakət zonasında söküntü prosesi 2 ilə qədər çəkə bilər

Fəlakət zonasında söküntü prosesi 2 ilə qədər çəkə bilər

Tarix: 17 Fevral 2023 15:04

Türkiyədə fəlakət zonasında təmizlənəcək dağıntıların həcmi 100 milyon tona çata bilər, Anadolu Haber Ajansi yazır.

Söhbət zəlzələ nəticəsində dağılan binalardan, yaxud söküləcək evlərdən gedir. Hazırda Türkiyənin cənub və cənub-şərqində yerləşən bir sıra vilayətlərdə mənzil fondunun monitorinqi davam etdirilir. 

Dağılmış evlərin dağıntılarının təmizlənməsinə başlanılıb.

Söküntü Podratçılar Birliyinin keçmiş rəhbəri, MAB Yıkım İdarə Heyətinin sədri Mehmet Ali Bulut qarşıdan gələn işlərin əhatə dairəsi ilə bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, hazırda Türkiyədə söküntü podratçısı sertifikatına malik 480 şirkət var. Müvafiq sertifikatlaşdırmadan hələ keçməmiş və ya ümumiyyətlə sertifikat üçün müraciət etməyən şirkətləri nəzərə alsaq, tikinti firmalarının sayı 2 minə çata bilər.

O qeyd edib ki, təbii fəlakət zonasında söküləcək çoxlu binalar var.

"Binaların ənənəvi üsullarla sürətlə sökülməsi mümkün deyil. Söküntü prosesi 2 ilə qədər çəkə bilər. Təbii ki, partlayıcı maddələrin tətbiqi ilə prosesi sürətləndirmək olar, lakin ölkəmizdə belə mütəxəssislər kifayət qədər deyil", - Bulut bildirib.

Şirkət rəhbəri evlərin sökülməsi zamanı şəxsi heyət və yaxınlıqdakı evlərin sakinləri üçün təhlükəsizlik tədbirlərinin xüsusi əhəmiyyətini vurğulayıb.

Eyni zamanda o, dağıntılar arasında toplanan dəmirin emala göndərilə biləcəyini qeyd edib.

"Bir qram da dəmiri atmamalıyıq. Hər şeyi iqtisadiyyata qaytarmaq lazımdır. Səlahiyyətlilər artıq 61 722 binanın sökülməsi planlarını açıqlayıb ki, bu da 89 milyon ton dağıntının təmizlənməsi deməkdir. Artıq dağılmış binalarla birlikdə 100 milyon tondan söhbət gedir. 1 milyon 750 min ton metal qırıntı kimi əldə edilə bilər ki, bu da iqtisadiyyata 6,6 milyard lirə gəlir gətirə bilər. Fəlakət bölgəsindən gələn dağıntıların həcmi 660 stadionu tam doldurmağa kifayət edəcək", - Bulut bildirib.


Etiketlər:  Fəlakət zonasında söküntü prosesi ilə qədər çəkə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ