Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milyonçu ölümünü səhnələşdirdi

Milyonçu ölümünü səhnələşdirdi

Tarix: 18 Fevral 2023 18:12

ABŞ-nin Kaliforniya ştatında bir milyonçu kəşfiyyat orqanlarının köməyi ilə qatildən xilas olmaq üçün özünün oğurlanması və qətlini təşkil edib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 41 yaşlı Ninus Malan Federal Təhqiqatlar Bürosu tərəfindən maraqlı təklif alıb. Agentlər qatildən xilas olmaq üçün onun qətlini təşkil etməyi, əslində isə milyonçunu sevgilisilə birlikdə bir müddət gizlətməyi təklif ediblər.

Müəyyən qədər fikirləşəndən sonra milyonçu razılaşıb. Bundan sonra agentlər onu mətbəxdəki stula yapışdırıblar. Onlar kişini döyülmüş kimi göstərmək üçün üzünə makiyaj edib, sonra ona süni qan vurub və stulu yerə yıxıblar.

Malandan bütün elektronik əşyalar müsadirə olunub və ona qohumlarına, vəkillərinə zəng etmək qadağan edilib. Daha sonra kişi və onun sevgilisi San Dieqo şəhərindəki hotelə aparılıb. Cütlük otağa qapadılıb və mühafizə olunub. Televizor və telefon əvvəlcədən otaqdan çıxarılıb.

Məlum olub ki, Malanı milyonçunun 10 il birlikdə çalışdığı və daşınmaz əmlaka sahib olduğuna görə məhkəməyə verdiyi biznes ortağı Salam Razuki öldürməyi planlaşdırıb. O, Malanı qaçırmaq, onu Meksikaya aparmaq və öldürmək üçün bir qatil tutmağa qərar verib. Həmin qatil isə FTB-nin məlumatçısı çıxıb. O, üç min dollara Malanı öldürməyə razılaşıb və dərhal Razukinin planları barədə məxfi xidmətlərə məlumat verib.

Razuki həbs edilib. Yalnız bundan sonra Malan və onun sevgilisi evə qayıda bilib.

Cinayətkar 7 il müddətinə azadlıqdan məhrum edilib.


Etiketlər:  Milyonçu ölümünü səhnələşdirdi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ