Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2023 10:54
Daha əvvəl Beynəlxalq Kosmik Stansiyanın (BKS) Rusiya seqmentindən çıxarılan nasaz "Proqres MS-21" yük gəmisi Sakit okeanda batırılıb.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə "Roskosmos" korporasiyası məlumat yayıb.
Gəmi orbitdən çıxarılıb, bundan sonra atmosferə daxil olub və dağılıb. Strukturun yanmayan elementləri Sakit okeanın cənub hissəsinin gəmi yolları keçməyən ərazisinə düşüb.
Qeyd edilib ki, "Proqres MS-21" BKS-də 3,5 aydan çox işləyib.
"Proqres MS-21" kosmik gəmisi ötən il oktyabrın 26-da buraxılıb və iki gün sonra BKS-ə 2,5 tondan çox yük çatdırıb. Fevralın 11-də gəminin istilikdaşıyanında sızma qeydə alınıb. Daha sonra "Energiya" Raket-kosmik Korporasiyası (RKK) "Proqres MS-21" yük gəmisini orbitdən çıxarmaq qərarına gəlib.