Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2019 10:04
Bakı. Trend:
Dehli-Moskva reysi ilə uçan Rusiyanın "Aeroflot" aviaşirkətinə məxsus "А-330" sərnişin təyyarəsi Özbəkistanın paytaxtı Daşkənddə İslam Kərimov adına aeroportda təcili planlaşdırılmamış eniş edib.
Trend-in məlumatına görə, faktı hava şirkətindən təsdiq ediblər.
Hava gəmisinin heyəti belə bir qərarı təyyarədəki sərnişinlərdn birinin özünü pis hiss etməsi ilə əlaqədar qəbul edib.
Şirkətdən qeyd ediblər ki, həmin sərnişinin xəstəxanaya yerləşdirilməsi məsələsi həll olunur. Sərnişinlərin yaxın saatlarda reysi davam etdirəcəkləri qeyd edilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin