Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2023 22:34
Ukrayna Ordusu Baxmut şəhərindən çıxmaq niyyətində deyil.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Böyük Britaniyanın "The Sunday Times" qəzetinə müsahibəsində Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak bəyan edib.
Andrey Yermak Ukrayna Ordusunun şəhəri müdafiə etdiyini bildirib: "Biz Baxmutdan çıxmağı planlaşdırmırıq".
Qeyd edək ki, Rusiya Ordusu 10 aydan çoxdur ki, Baxmut şəhərini ələ keçirməyə çalışır. Son bir ayda Rusiya Ordusu şəhərə gələn 3 əsas yoldan ikisinə nəzarəti təmin edib. Buna baxmayaraq, Ukrayna Ordusunun müqavimətini qırmaq və Baxmut şəhərinə nəzarəti təmin etmək mümkün olmayıb.