Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2023 08:12
Fransa prezidenti Emmanuel Makron bazar günü ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı keçirib. Liderlər Kiyevə hərbi yardımın gücləndirilməsi və sürətləndirilməsi məsələsini müzakirə ediblər.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə BFM TV Yelisey sarayının mətbuat xidmətinə istinadən məlumat yayıb. TV xəbər verir ki, prezidentlər "Ukraynaya hərbi dəstəyin gücləndirilməsi və sürətləndirilməsinin zəruriliyi ilə bağlı avropalı tərəfdaşlar və NATO ölkələrinin Münxen Təhlükəsizlik Konfransı zamanı üzərinə götürdüyü öhdəlikləri müzakirə ediblər".