Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“İndiki gəlinlərə söz demək olmur” - VİDEO

“İndiki gəlinlərə söz demək olmur” - VİDEO

Tarix: 20 Fevral 2023 18:15

Xalq artisti İlham Namiq Kamal illər öncə rol aldığı "Qayınana" filmi barədə danışıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu haqda sənətçi "O üz" verilişində qonaq olarkən söz açıb.

Aktyor qayınana-gəlin münasibətlərindən bəhs edib:

"Türkiyədə çox yerdə kaset formasında bir "O olmasın, bu olsun", bir də "Qayınana" filmini görmüşəm. Buradan azərbaycanlılar gedirlər, orada qohumları, dostları var. Aparıb kaseti hədiyyə kimi verirlər ki, bizim belə bir maraqlı filmimiz var. Bu həm təbliğatdır, həm də Azərbaycan kino sənətinə verilən qiymətdir. Həm də qoy görsünlər, Azərbaycan balalarını, simaları, münasibətləri... Filmdəki xarakterdə nənələrimiz olub, məncə, bu dövrdə az olar elə xarakterlər. Çünki indi gəlinlər də müsibət olur. İndiki gəlinlərə heç söz demək olmur, qayınana ilə yaşamaq istəmirlər. Ay balam, bu da sənin anandır. İndi film çəkilsəydi, bu barədə çəkərdilər".

Milli.Az


Etiketlər:  İndiki gəlinlərə söz demək olmur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ