Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT Türkiyə ilə bağlı çağırış edib

BMT Türkiyə ilə bağlı çağırış edib

Tarix: 22 Fevral 2023 08:34

"Türkiyə və Suriyadakı zəlzələ bölgəsində BMT-nin ümumilikdə 1 428 beynəlxalq və yerli əməkdaşı fəaliyyət göstərir".

Sonxeber.net "report"a istinadən bildirir ki, bunu BMT-nin sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlamasında deyib.

S.Düjarrik sahədəki BMT işçilərinin sayının artdığını və heyətin daha çox koordinasiya rolunu oynadığını bildirib:

"Suriya və Türkiyə yardımından çox məmnun olduğumuzu söyləmək çətindir, çünki daha çox vəsait lazımdır. Zəlzələ bölgəsi riskli region olaraq qalır. Bölgədəki humanitar fəaliyyətlərə, eləcə də axtarış xilasetmə fəaliyyətlərinə töhfə verən ölkələrdən gələn dəstəklər sürətəndirilməlidir. Çünki insan həyatı risk altındadır. Bütün üzv dövlətləri Türkiyə və Suriya ilə həmrəylik göstərməyə çağırırıq".


Etiketlər:  Türkiyə ilə bağlı çağırış edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ