Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bandotdel” 3 şəhərdə silsilə əməliyyat keçirdi - VİDEO - FOTO

“Bandotdel” 3 şəhərdə silsilə əməliyyat keçirdi - VİDEO - FOTO

Tarix: 22 Fevral 2023 17:12

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) Bakı, Sumqayıt və Balakəndə silsilə əməliyyatlar keçirib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, əməliyyatlar zamanı Elçin Hüseynov, Elmar Nəsibov, Məhəmməd Tağıyev, Murad Rüstəmov və Əli Qarayev tutularaq istintaqa təqdim ediliblər. Nəticədə Elçin Hüseynovdan 1 ədəd "Kalaşnikov" avtomatı, 2 daraq, 60 ədəd patron, Elmar Nəsirovdan 1 ədəd lüləsi kəsilmiş ov tüfəngi, Məhəmməd Tağıyevdən "Zəfər" markalı tapança, 7 ədəd patron, Murad Rüstəmovdan 1 ədəd "Kalaşnikov"  avtomatı, həmin silaha aid daraq, Əli Qarayevdən isə revolver tipli tapança, 3 ədəd patron və 1 ədəd lüləsi kəsilmiş ov tüfəngi aşkar edilib.

Faktlarla əlaqədar cinayət işləri başlanılıb. Adçəkilən şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. İstintaq davam etdirilir.

Milli.Az


Etiketlər:  Bandotdel şəhərdə silsilə əməliyyat keçirdi VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ