Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Gent"in daha iki futbolçusu "Qarabağ"la oyunu buraxa bilər

Tarix: 23 Fevral 2023 07:08

"Gent"in daha iki futbolçusu Belçikada "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab matçını buraxa bilər.

Milli.Az "Report" "Demorgen" nəşrinə istinadən xəbər verir ki, bunlar müdafiəçi Cozef Okumu və yarımmüdafiəçi Endryü Hülsagerdir.

Okumu Bakıdakı ilk görüşdə xəsarət alıbsa, Hülsager "Aud-Heverle Lövyen"lə çempionatın XXVI tur oyununda sıradan çıxıb.

Daha əvvəl Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmada zədələnən Alessio Kastro-Montesin də növbəti oyunda iştirakı sual altına düşüb.

Qeyd edək ki, "Qarabağ" "Gent"ə qarşı cavab matçını fevralın 23-də Belçikada keçirəcək. İlk oyunda Azərbaycan çempionu 1:0 hesablı qələbə qazanıb.

Milli.Az


Etiketlər:  Gentin daha iki futbolçusu Qarabağla oyunu buraxa bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ