Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alla Puqaçova tanınmaz halda: Yeriyə bilmir, beli əyilib - VİDEO

Alla Puqaçova tanınmaz halda: Yeriyə bilmir, beli əyilib - VİDEO

Tarix: 24 Fevral 2023 21:20

Müğənni Alla Puqaçova və əri Maksim Qalkin Tel-Əvivdə Laima Vaykulenin konsertində yenidən bir araya gəliblər.

Milli.Az xəbər verir ki, Puqaçovanın İnstaqramdakı çoxsaylı fan hesablarında sənətçilərin konsert zalında çəkilən videoları paylaşılıb.

Kadrlarda tamaşaçıların alqışları altında cütlüyün ön cərgədəki yerlərinə necə getdikləri əks olunub. Tamaşaçılar Divanı davamlı alqışlasalar da, onun 10 santimetrlik dikdaban ayaqqabıda çətinliklə hərəkət etdiyini görüblər. Vaykulaya gül buketi verəndə əri hətta ulduza kömək etməli olub.

Onun səhhətindəki problemlər barədə musiqi tənqidçisi Sergey Sosedov məlumat verib. Onun sözlərinə görə, müğənni çətinliklə yeriyir və çox dəyişib. Hətta küçədə pərəstişkarları onu tanımayıblar.

"O, qozbeldir, yolda yeriyərkən beli əyilmiş şəkildə gəzir və ancaq yerə baxır" deyə Sosedov bildirib.

Qeyd edək ki, 2022-ci ilin sentyabrında Puqaçovanın uşaqları ilə İsrailə, geri dönüş bileti olmadan getdiyi məlum olub.

Ailə Maksim Qalkinin Keyssariyadakı evində yaşayır. (publika)

Milli.Az


Etiketlər:  Alla Puqaçova tanınmaz halda Yeriyə bilmir beli əyilib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ