Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2023 08:57
Kəskin intersistal nefrit bütün yaş qrupu olan adamlarda rast gəlinir. Xəstəlik müxtəlif səbəblərdən əmələ gələ bilir. Ən çox dərman qəbulu zamanı baş verir. Kəskin intersistal nefritin əmələ gəlməsinə səbəb olan dərman maddələri:
- pensillin və onun yarımsintetik analoqları
- aminqlükozitlər
- sefalosporinlər
- rifampisin
- sulfanilamidlər
- analgetiklər
- immunodepressantlar
- barbituratlar
- sidikqovucular və s.
Kəskin intersistal nefrit bir çox kimyəvi maddələrə qarşı orqanizmin artıq həssaslığı nəticəsində baş verir.
Xəstəlik kimyəvi və toksik maddələrin, həmçinin bədənə vurulan zərdab, vaksin, müxtəlif zülali maddənin yeridilməsi nəticəsində baş verir.
Bədənə daxil olmuş kimyəvi və ya toksik maddə böyrəyin kanalcıq membranının və intersistal toxumanın zülal strukturuna zədələyici təsiri nəticəsində xəstəlik əmələ gəlir. Sonra immun proses və humoral mexanizmlər də qoşulur.
Kəskin intersistal nefritin etioloji faktoru olan yad cisimlər (antibiotik, kimyəvi agent, bakterial toksin, qızdırmadan əmələ gələn potoloji zülal, bədənə yeridilən zərdab və ya vaksina zülalı) qan axını vasitəsilə böyrəyə çatır, yumaqcıq filtirindən keçir, kanalcıq mənfəzinə daxil olur. Yad cism kanalcıqda rebsorbsiya olunur, kanalcığın bazal membranını, onun zülal strukturunu zədələyir. Membranın zülal strukturunun pozulması nəticəsində antigen əmələ gəlir. Anoloji hadisə intersistal toxumada da baş verərək antigenlər meydana çıxır. Xəstəlik zamanı yumaqcıq filtirasiyası azalır, kanalcıqlarda təzyiq artır və böyrəyin qabıq maddəsinin işemiyası baş verir. Kəskin intersistal nefrit xəstələrdə aşağıdakı patologiyaların baş verməsinə səbəb olur:
- ümumi zəiflik
- tərləmə
- baş ağrısı
- iştahanın azalması
- ümumi intoksikasiya
- öyümə
- leykosituriya
- anuriya
- hipostenuriya
- proteinuriya.
Sidikdə baş verən dəyişikliklər bütün xəstəlik dövründə (2-4-8) müşahidə olunur. Qanın biokimyəvi müayinəsində C reaktiv zülal fibrinogenin yüksəlməsi, disproteinemiyanın artması qeyd olunur.
Xəstəliyə diaqnozun qoyulması çox çətin olur. Diaqnozun qoyulmasını asanlaşdıran böyrək əlamətlərindən əvvəl keçirilmiş müxtəlif xəstəliklər zamanı qəbul olunan dərmanların anamnezinin öyrənilməsi durur.
Böyrəklərdən alınan bioptatın histoloji müayinəsi ən etibarlı müayinə metodu hesab edilir.
Kəskin intersistal nefritin proqnozu əksər hallarda qənaətbəxş olur. Əksər hallarda müalicə olunduqda xəstəliyin kliniki əlamətləri 2-4 həftədən yox olmağa başlayır. Kəskin intersistal nefrit vaxtında və düzgün müalicə olunmadıqda xroniki formaya keçir.