Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çin 242 tonluq raket daşıyıcısını orbitə buraxdı

Çin 242 tonluq raket daşıyıcısını orbitə buraxdı

Tarix: 25 Fevral 2023 17:52

Çin Yerin məsafədən zondlama peyki "Horus-1"i uğurla orbitə çıxarıb.

Bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası məlumat yayıb.

Buraxılış ölkənin şimalında"CZ-2C" daşıyıcı raketindən istifadə edilməklə həyata keçirilib. O, "Long March" seriyasının daşıyıcıları arasında ardıcıl 464-cü olub.

"CZ-2C" raket daşıyıcısının uçuş çəkisi 242 tona çatıb. O, təxminən 500 km hündürlükdə heliosinxron orbitə 2 tona qədər faydalı yük çıxarmağa qadirdir.

Milli.Az


Etiketlər:  Çin 242 tonluq raket daşıyıcısını orbitə buraxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ